Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi

 
Xidmətin məzmunu
 
Xidmətin həyata keçirilməsi nəticəsində vergi ödəyicisinin müraciətinə əsasən ona şəxsi hesab vərəqəsindən çıxarış təqdim olunur.
 
Xidmətin həyata keçirilmə formaları
 
Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
 
Xidmətin göstərilmə yeri
 
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ərazi prinsipi nəzərə alınmaqla vergi borclarının alınması üzrə strukturlarının inzibati binası.
 
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
 
Ərizə - elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə). 
 
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
 
İstifadəçi xidmətdən istifadə üçün kağız üzərində xidmətin göstərilmə yerinə, elektron formada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi Portalına (e-taxes.gov.az) müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. İmtina halları aşkar edilmədikdə şəxsi hesab vərəqəsindən çıxarış vergi ödəyicisinə istəyindən asılı olaraq ya elekton ünvanına göndərilir, ya da şəxsən və ya poçt xidməti vasitəsilə təqdim edilir.
 

Kondisioner ustası axtarırsınız ?

Kondisioner təmiri, kondisionerə qaz vurulması, kondisioner ustası mövzuları ilə bağlı bir kliklə müraciət et