Xidmətin məzmunu | Bu xidmət vergi ödəyicilərinin Bəyannamə Tərtibatı Proqramından (BTP) istifadə etməklə bəyannamələrin, elektron formada tərtib edilərək və ya kağız daşıyıcıda vergi orqanına təqdim edilməsini əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları | Elektron müraciət və nəticənin elektron təqdim edilməsi. Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması. Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması. |
Xidmətin göstərilmə yeri | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin, Vergi ödəyicilərinə xidmət mərkəzlərinin və Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının inzibati binaları. |
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması | Vergi bəyannamələri - elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə). |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | Xidmətin istifadəçilərinin Bəyannamə Tərtibatı Proqramı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə istifadəçi bəyannaməni elektron formada tərtib edir və sistemə daxil olduqda həmin bəyannaməni vergi orqanına təqdim etmək imkanı yaranır. İstifadəçi Bəyannamə Tərtibatı Proqramını (BTP) aşağıdakı elektron ünvandan kompyuterinə yükləyir.Yüklənmiş BTP proqramı işə salınaraq "Fayl" sətrindən "Yeni" düyməsi sıxılır. Açılmış pəncərədən tərtib olunacaq bəyannamə, hesabat və ya arayış seçilir və "Qəbul" düyməsi sıxılır. Ekranda açılmış bəyannamə, hesabat və ya arayış formasına müvafiq məlumatlar daxil edilərək yenidən "Fayl" sətrindən "Qeyd et" düyməsi vasitəsi ilə açılmış bəyannamə, hesabat və ya arayış yaddaşa salınır. Daha sonra BTP proqramının "Paketlə" sətrindən "Paketlə" düyməsi sıxılır. Açılmış pəncərədən müvafiq bəyannamə, hesabat və ya arayışlar (bir vəya bir neçəsi) seçilərək "Bəyannaməni paketə əlavə et" düyməsi sıxılır. Paket faylının adı daxil edildikdən sonra "Paketlə" düyməsi sıxılaraq paket faylı yaradılır. Daha sonra İnternet Vergi idarəsi portalının E-bəyannamə, ƏDV-DH və ŞHV bölümü üzərindən açılan pəncərədən. "e-Bəyannamə" siyahısından "Paket göndər" seçilir. Açılan pəncərədən "Obzor" düyməsi vasitəsi ilə göndəriləcək paket seçilir və "Göndər" düyməsi sıxılır. Yüklənmiş bəyannamə, hesabat və ya arayışların sistem tərəfindən avtomatik yoxlanılması üçün - "Yoxla" düyməsinə basılır. Yanıb-sönən mesaj düyməsi sıxılmaqla səhvin təfərrüatları ekrana çıxarılır. Aşkar edilmiş səhv aradan qaldırıldıqdan sonra proses yenidən həyata keçirilir. Bəyannamədə səhv tapılmadıqda "Təsdiq et" düyməsi sıxılır. Təsdiqdən sonra vergi bəyannaməsinin vergi orqanına göndərilməsi barədə ekrana Bildiriş çıxır. Çap düyməsi ilə Bildiriş çap edilir. Bəyannamə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş bildiriş verilir. Vergi hesabatını vergi ödəyicisi, yaxud onun müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi imzalamalıdır. Qanunvericiliyə müvafiq olaraq vergi ödəyicisinin vergi hesabatının tərtib edilməsində müstəqil auditor iştirak edirsə o, vergi hesabatını imzalamalı, möhür vurmalı və öz vergi ödəyicisinin eyniləşdirmə nömrəsini göstərməlidir. Hesabatı bir nəfərdən çox tərtibatçı hazırlayırsa, onu ancaq baş tərtibatçı imzalayır.Vergi ödəyicisi vergi orqanına gələrək bəyannaməni qəbul edən kordinasiya şöbəsinə (bölməsinə) daxil olmalı, bəyannamələri qəbul edən müfəttişə yaxınlaşaraq bəyannaməsini təqdim etməlidir. Bəyannamə müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olduqda koordinasiya şöbə (bölmə) tərəfindən bəyannamə qeydiyyatdan keçirilir və bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilməlidir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə qeydiyyatdan keçdikdən sonra, vergi ödəyicisi bəyannamənin sürətində onun daxil olma tarixini əks etdirən ştampın vurulmasını xahiş edərsə kordinasiya şöbəsinin (bölməsinin) müfəttişi bəyannamənin surətində onun daxil olma tarixini əks etdirən ştamp vurmalıdır. Vergi ödəyicisinin bəyannamənin tərtibi ilə bağlı sualı və ya düzgün dolurulması barədə əlavə izahat verilməsinə dair müraciəti olduqda o, Vergi ödəyicilərinə xidmət şöbəsinə göndərilir. Bəyannamə vergi ödəyicisi tərəfindən poçtla göndərildikdə, bəyannamənin vergi orqanına təqdim edildiyi vaxt onun poçta (rabitə təşkilatına) təqdim edildiyi gün hesab edilir. Bəyannamənin alınması zamanı ona özündə müvafiq tarixi əks etdirən ştamp vurulduqdan sonra bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilir. Poçtla daxil olan bütün bəyannamələr həmin gün qeydiyyata alınmalıdır. |