"Nəzarət kitabçası"nın verilməsi

 
Xidmətin məzmunu
 
"Nəzarət kitabçası" itirildikdə və ya yararsız hala düşdükdə xidmət istifadəçilərinin müraciətləri əsasında yeni "Nəzarət kitabçası"nın verilməsinin təmin edilməsi (ilkin qeydiyyat/uçot zamanı "Nəzarət kitabçası" vergi uçotu sənədləri ilə birlikdə vergi ödəyicisinə təqdim edilir).
 
Xidmətin həyata keçirilmə formaları
 
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
 
Xidmətin göstərilmə yeri
 
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yanında Bakı Vergilər Departamentinin, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının, Rayon Vergilər Şöbələrinin inzibati binaları.
 
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
 
• Ərizə - sənədin əsli.
• "Nəzarət kitabçası" (yararsız hala düşdükdə) - sənədin əsli.
 
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
 
İstifadəçilər xidmət göstərilən qurumlara tələb edilən sənədlərlə birlikdə müraciət edir. Sənədlər xidmət göstərilən qurumlar tərəfindən qəbul edilir və araşdırılır. İstifadəçinin müraciəində və təqdim etdiyi ərizədə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edilmədikdə istifadəçinin ərizəsi (xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə sərbəst formada müraciət ərizəsi təqdim olunmur) qəbul edilir və 15 gün müddətində "Nəzarət kitabçası" hazırlanıb istifadəçiyi təqdim edilir. Sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildikdə, istifadəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilər.
 

Kondisioner ustası axtarırsınız ?

Kondisioner təmiri, kondisionerə qaz vurulması, kondisioner ustası mövzuları ilə bağlı bir kliklə müraciət et